Ermənistan ordusunun 4 tankı vurulub

Ermənistan ordusunun 4 tankı vurulub

29-09-2020 13:16 / Bu xəbər 3425 dəfə oxundu

Ermənistan qoşunlarına məxsus 4 tankın vurulduğu bildirilir

Sentyabrın 29-da səhər saatlarından etibarən Füzuli şəhərinin işğaldan azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir.

Məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb.

Nazirlik bildirib ki, səhər saat 07.00-08.00 radələrində cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha 4 tankı vurulub.

Hazırda döyüşlərin davam etdiyi qeyd olunub.

Müdafiə Nazirliyi eyni zamanda Ermənistan ordusunun Daşkəsən rayonunu atəşə tutduğu xəbərini yayıb:

"Ermənistan növbəti provokasiyaya əl atıb. Sentyabrın 29-da səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonu ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisi artilleriya atəşinə tutulur. Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görüləcək”.