Fərhad Qəribovun bankı oğlunun şirkətini məhkəməyə verib?

Fərhad Qəribovun bankı oğlunun şirkətini məhkəməyə verib?

05-04-2024 11:59 / Bu xəbər 587 dəfə oxundu

Keçmiş deputat Fərhad Qəribova məxsus "Debüt" Kommersiya Bankı ilə "Elz-Line LTD" MMC arasında kredit müqaviləsinə dair mübahisə yaranıb.

"Qaynarinfo"nin məlumatına görə, bank bu mübahisədən dolayı məhkəməyə müraciət edib. 

İddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. 

İş hakim Emin Əliyevin icraatındadır. 

Aprelin 30-na iş üzrə məhkəmə baxış iclası təyin edilib. 

Fərhad Qəribov üçüncü çağırış Milli Məclisin deputatı olub. 

O, parlamanetdə 57 saylı Kürdəmir seçki dairəsini təmsil edib. 

"Debüt" Kommersiya Bankı 30 dekabr 1994-cü ildə qeydiyyata alınıb. 

Nizamnamə kapitalı 6 923 800 AZN-dir. 

Bankın qanuni təmsilçisi Piriyev Tural Qüdrət oğludur. O həm də Əmanətlərin Sığortalanması Fondunun İcraçı direktorudur. 

"Debüt" Kommersiya Bankı hazırda ləğv prosesindədir.

Maraqlıdır ki, bankın məhkəməyə veridiyi "Elz-Line LTD" MMC-nin də təsisçisi Fərhad Qəribovun oğlu Rəşad Qəribovdur. 

O, indinin özündə də "Elz-Line LTD" MMC-nin qanuni təmsilçisidir. 

Bəzi məlumatlara görə, Fərhad Qəribov deputatlıq karyerasını başa vurduqdan sonra "Debüt" Kommersiya Bankı onun nəzarətindən çıxıb.