Tenderdə on səkkiz milyona qaraj tikən şirkətin sahibi kimdir?

Tenderdə on səkkiz milyona qaraj tikən şirkətin sahibi kimdir?

01-07-2022 21:49 / Bu xəbər 1644 dəfə oxundu

Bakı Nəqliyyat Agentliyi (BNA) sifarişçi olduğu yeni tenderə imza atıb. 
 
Qlobal.az xəbər verir ki, ""Zığ Avtoparkı” MMC-yə məxsus avtobus qarajının tikintisi ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması (Təkrar elan)" lotu üzrə tenderin qalibi "Minera" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub. 
 
"Minera" MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. 
 
Şirkətin nizamnamə kapitalı 110 manat, qanuni təmsilçisi isə Əsgərova Mətanət Talıb qızıdır. 

Şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov ev 90 ünvanıdır. 
 
"Minera" MMC-nin web saytı olan təşkilatlardandır.  

Şirkətin təsisçisi əslən Ordubad rayonunun Behrud kəndindən olan Rzayev Xudaqulu Əhət oğludur. 
 
Xudaqulu Rzayev şirkətin 1996-cı ildən fəaliyyətə başladığını bildirir. 
 
X.Rzaquliyev eyni zamanda 2011-ci ildən "Evrika" liseyini təsis edib. 
 
"Minera" MMC bir çox layihələrin həyata keçirilməsində, böyük obyektlərin tikinti və təmir bərpa işlərində iştirak edib. 
 
Xudaqulu Rzayev 2020-ci ildə keçirilən parlament seçkilərində deputatlığa namizəd olub. 

Onun namizədliyi 18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülsə də, bu dairədən Rasim Musabəyov deputat seçilib.