KOBİA-da korrupsiya: "Agentlik əməkdaşı milyonçuya çevrilib"
22-06-2023 08:54 / Bu xəbər 945 dəfə oxundu
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyəti ilə bağlı korrupsiya iddiaları səslənməkdədir.
"Aktualinfo" xəbər verir ki, KOBİA-nın layihələri maliyyələşdirilməsi prosesində bir çox hallarda tanışlıq faktoru rol oynayır.
Belə ki, əgər KOBİA-da tanışın yoxdusa, layihən keçməyə bilər.
Əgər varsa, zəmanətlə güzəşli kredit almaq, qrant müsabiqələrində qalib olmaq şansın yüksək olur.
İddialara görə, Agentlikdə bu kimi işlərlə məşğul olan bir neçə nəfər var ki, onlardan biri də Biznesə Xidmətlər Departamentinin təchizat şöbəsinin rəis müavini Mahir Cəbiyevdir.
Mahir Cəbiyev işlədiyi qısa müddət ərzində özünə xeyli əmlak alıb.
2020-ci ildə Bakıxanov qəsəbəsi Sakit Qocayev küşəsində 85 kvadratmetr sahəsi olan mənzil və iki qaraj alıb.
2021-ci ildə Novxanı qəsəbəsində bağ evi alıb.
Bundan başqa Mahir Cəbiyevin bahalı avtomobillər kolleksiyası da var.
77 HD 549 dövlət nömrə nişanlı, AUDİ A6 markalı avtomobili 46 min ABŞ dollarına 2019-cu ildə, 10 OK 050 dövlət nömrə nişanlı, AUDİ A7 markalı avtomobili isə 05.01.2023-cü ildə 75 min ABŞ dollarına alıb.
Mahir Cəbiyevin həyat yoldaşının idarə etdiyi 10 OY 050 İX markalı avtomobilin qıyməti isə 35 min ABŞ dollarınadır.
Məlumata görə, Mahir Cəbiyev qaynatasına da bir "Opel Astra” avtomobili hədiyyə edib.
Bu sadalananlar Mahir Cəbiyevin son illər əldə etdiyi əmlaklarının az bir hissəsidir.
Məlumatlara görə, qohum əqrəbasının adına başqa bir neçə mənzil və bağ evi alıb, onların adına şirkərlər açaraq biznes fəaliyyəti ilə də məşğuldur.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovdur. Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə 27 fevral 2018-ci ildə təyin edilib.