Gültəkin Hacıbəylinin oğlunun ölkədən çıxışına qadağa götürülüb

Gültəkin Hacıbəylinin oğlunun ölkədən çıxışına qadağa götürülüb

30-08-2021 12:34 / Bu xəbər 3062 dəfə oxundu

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş deputat Gültəkin Hacıbəylinin 17 yaşlı oğlunun ölkədən çıxışına qoyulan qadağa götürülüb. 

​​​​Bu barədə Gültəkin Hacıbəyli "Feysbuk" hesabında məlumat verib. 

O qeyd edib ki, oğlu ilə birlikdə Türkiyədədir: "Oğluma və mənə 10 il zülm edəndən sonra nəhayət ki, ölkədən çıxışımıza izin verdilər. 30 Avqust Zəfər Gününü gözəlim İstanbulda qutlayırıq. Zəfərin əbədi olsun, canım, Türkiyəm”. 

Gültəkin Hacıbəyli oğlunun ölkədən çıxış qadağasına görə məhkəməyə də müraciət edib.

2021-ci ilin martında Bakı Apelyasiya Məhkəməsi Hacıbəylinin şikayətini təmin edib. 

Qərar verilib ki, oğlu Toğrul Mehdi 18 yaşı tamam olana qədər xaricdə daimi yaşayış istisna olmaqla, ölkədən gedib-gələ bilər.

Toğrul Mehdi 2017-ci ildən ölkədən çıxa bilmir. 

Atası Mahmud Mehdiyev həmin ilin iyul ayında Dövlət Sərhəd Xidmətinə ərizə ilə müraciət edərək onun ölkədən çıxışına icazə məqsədilə anasına verdiyi etibarnaməni ləğv etdirib.