İlham Əliyev sərəncam imzaladı: 11 mln. manat vəsait ayırdı

İlham Əliyev sərəncam imzaladı: 11 mln. manat vəsait ayırdı

04-03-2019 22:39 / Bu xəbər 1177 dəfə oxundu

Prezident İlham Əliyev Gəncə şəhərinin abadlaşdırılmasına 11 mln. manat ayırıb.

AZƏRTAC-ın xəbərinə görə, prezident bu barədə martın 4-də sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, yolların təmirinə 4 mln. manat, işıqlandırma sistemlərinin yenilənməsi üçün 1 mln. manat və kommunal xidmətlər üçün xüsusi texnikanın alınmasına 6 mln. manat ayrılıb.