Minimum aylıq əməkhaqqı 180 manat olur
08-02-2019 18:31 / Bu xəbər 1857 dəfə oxundu
Prezident İlham Əliyev bu gün, fevralın 8-də minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam verib.
AZƏRTAC-ın xəbərinə görə, bununla "Minimum aylıq əməkhaqqının artırılması haqqında” prezidentinin 2017-ci il dekabrın 25-də verdiyi sərəncama dəyişiklik edilib.
Yeni sərəncama əsasən minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib.
Sərəncamda Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib.
Prezident sonuncu dəfə 2017-ci il dekabrın 25-də minimum aylıq əməkhaqqını artırmışdı.
Onda 2018-ci il yanvarın 1-dən bu məbləğ 116 manatdan 130 manata qaldırılmışdı.