İlham Əliyev sərhəddəki vəziyyətlə bağlı müşavirə keçirdi

İlham Əliyev sərhəddəki vəziyyətlə bağlı müşavirə keçirdi

13-09-2022 15:55 / Bu xəbər 921 dəfə oxundu

Bu gün, sentyabrın 13-də Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı Silahlı Qüvvələrin rəhbər heyətinin iştirakı ilə operativ müşavirə keçirib.

Bu barədə Prezidentin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir. 

Müşavirədə aidiyyəti üzrə məruzələr təqdim edilib, Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi təxribatların qarşısının alındığı, bütün müvafiq vəzifə və tapşırıqların yerinə yetirildiyi bildirilib.

"Qeyd olunub ki, yaranmış gərginliyin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan Respublikasının Silahlı Qüvvələri sərhəd boyunca operativ vəziyyətə nəzarət edir", - deyə məlumatda bildirilib.