İngiltərə klubu finalda “İnter”i məğlub edib

İngiltərə klubu finalda “İnter”i məğlub edib

11-06-2023 01:08 / Bu xəbər 2331 dəfə oxundu

İyunun 10-da UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün final oyunu keçirilib.

Türkiyənin İstanbul şəhərində keçirilən həlledici matçda İngiltərənin "Mançester Siti” və İtaliyanın "İnter” komandaları qarşılaşıb.

Atatürk Olimpiya Stadionunda təşkil olunan qarşılaşma saat 23:00-da start götürüb.

Qarşılaşma "Mançester Siti”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Rodrinin 68-ci dəqiqədə vurduğu qol oyunun nəticəsini müəyyənləşdirib.

İngiltərə klubu tarixində ilk dəfə Çempionlar Liqasının qalibi adını qazanıb. 

"Mançester Siti” daha əvvəl bir dəfə Avropanın əsas klub turnirdə finala yüksəlsə də, məğlub olmuşdu.