Ülvi Həsənlinin zorakılığa məruz qaldığı bildirilir

Ülvi Həsənlinin zorakılığa məruz qaldığı bildirilir

11-06-2024 16:53 / Bu xəbər 568 dəfə oxundu

"Abzas Media" nəşrinin həbsdə olan direktoru Ülvi Həsənlinin zorakılığa məruz qaldığı deyilir.

Bu barədə onun yaxınları məlumat verib. 

Onların sözlərinə görə, iyunun 6-da o, Xətai rayon Məhkəməsindən çıxarılarkən qolları arxadan qandallanıb: "Penitensiar Xidmətinin konvoy əməkdaşları onun qollarını yuxarı qaldırıb başını aşağı əyiblər və bu vəziyyətdə məhkəmə binasından çıxarıblar. Ülvi etiraz bildirəndə itələyərək zorakılıq ediblər".

Ü.Həsənlinin yaxınları qeyd edib ki, bu, artıq ikinci belə haldır.

Bu deyilənlərə Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb. Amma bu qurumdan bundan əvvəl oxşar şikayətlərlə bağlı deyilib ki, onlar məhkum və həbs edilən şəxslər ilə yalnız qanun çərçivəsində davranırlar.

Ü.Həsənli ötən il noyabrın 20-də həbs olunub. 

Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.