Nura Suridən deputata cavab :“Arada Milli Məclisdə xalqın sözünü desin...”

Nura Suridən deputata cavab :“Arada Milli Məclisdə xalqın sözünü desin...”

17-05-2023 16:13 / Bu xəbər 536 dəfə oxundu

Müğənni Nura Suri Türkiyədə prezidentliyə namizəd olan Sinan Oğana evlilik təklifi etdiyi üçün onu tənqid edən millət vəkili Elman Nəsirova cavab verib.

Bu barədə o, mətbuat katibi Pərviz Hüseynin statusuna şərh yazıb: "Elman Nəsirovu tanımıram. Bir də yumor hissi olmayan və sarkazm anlamayanları heç sevmirəm. Çoxu qadınlara 2-ci sort kimi baxır, kişilərə hər şey olar, qadınlar gərək heç bəyəndiklərini də dilə gətirməyələr. Arada bu millət vəkilləri Milli Məclisdə də xalqın sözünü desin, bunları tanıyaq”.

Elman Nəsirov "demokrat.az"a açıqlamasında Feysbukda S. Oğanı bəyəndiyini deyib, ingilis dilində "Evlən mənimlə” yazan ifaçını qınayıb. 

O, Oğanın evli olduğunu və bunu düzgün hesab etmədiyini bildirib.