“Arap Kadri” türk komediyası Bakı ekranlarında!

“Arap Kadri” türk komediyası Bakı ekranlarında!

18-04-2024 23:11 / Bu xəbər 359 dəfə oxundu

Aprelin 19-dan yalnız "CineMastercard” kinoteatrlar şəbəkəsində "Arap Kadri” türk komediyasının nümayişi başlayır.

Filmin rejissoru Emre Kavukdur.

Baş rolları Ahmet Mümtaz Taylan, Necip Memili və Zeynep Çamcı canlandırıb.

Yaş həddi 16+ olan ekran əsərində Arap Kadri adlı şəxsdən bəhs edilir. 

Azadlığına düşkün olan baş qəhrəman meşədə yaşayan itaətsiz adamdır. 

Tarzanın nizam-intizam qurduğu meşədə isə canlılar nizamlı həyat yaşamağa çalışırlar. 

Şəhər həyatına uyğunlaşa bilməyən Arap Kadri, meşədə qarşılaşdığı sadə həyata qapı açır. 

Bu vəziyyət onunla Tarzan arasında münaqişəyə səbəb olur.

Ülviyyə