Bakıda “Efsane” türk komediya filminin qala gecəsi keçirilib

Bakıda “Efsane” türk komediya filminin qala gecəsi keçirilib

08-02-2024 22:11 / Bu xəbər 529 dəfə oxundu

"Dəniz Mall” TM-də yerləşən "CinemaPlus” premium kinoteatrında "Aytaç Media” şirkətinin istehsal etdiyi "Efsane” türk komediya filminin qala gecəsi keçirilib. 

Tədbirdə filmin aktyorları Ahmet Kural, Cemile Canyurt, Tuana Tezsay, həmçinin "Aytaç Media” şirkətinin rəsmiləri Aytaç Ağdağ və Ediz Kentkuran iştirak edib.

Türkiyəli qonaqlar media nümayəndələrinin suallarını cavablandırıb, qırmızı xalıdan keçib və pərəstişkarlarına imza verib.

Filmin rejissoru və ssenari müəllifi Selçuk Aydemirdir.

Baş rolları Ahmet Kural, Cengiz Bozkurt və Cemile Canyurt canlandırıb.

Filmin süjetinə gəlincə, ailəsi ilə birlikdə Çorumda yaşayan Sadık ailə ənənəsi olaraq qatıq hazırlayır. 

Dadı və müalicəvi xüsusiyyətləri ilə məşhur olan bu əfsanəvi qatığın sirrini yalnız ailənin böyüyü olan baba bilir. 

Amma isti yay günlərinin birində babanın evinin damına qar yağması hər şeyi dəyişir.

İnanclara əsasən, əgər yayda qar yağarsa, bu möcüzəvi qatığın sirrini baba ailənin başqa üzvü ilə paylaşmalıdır. 

Film boyu hər kəs bu dəyərli sirri əldə etmək üçün mübarizə aparır…

Sözügedən filmi "CinemaPlus” kinoteatrlar şəbəkəsində izləyə bilərsiniz.

Ülviyyə