Növbəti mövsüm üçün Azərbaycan Premyer Liqasında komanda sayı məlum olub

Növbəti mövsüm üçün Azərbaycan Premyer Liqasında komanda sayı məlum olub

16-06-2023 16:29 / Bu xəbər 2239 dəfə oxundu

AFFA çempionatda klub sayının 10 olmasına qərar verib

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümündə 10 komanda iştirak edəcək.

Bu barədə qərar AFFA İcraiyyə Komitəsinin iyunun 16-da keçirilən iclasında verilib.

Yeni başa çatan mövsümdə Premyer Liqada sonuncu pilləni tutan "Şamaxı” komandası çempionatı tərk edəcək, əvəzində 1-ci divizionun qalibi olmuş "Araz Naxçıvan” elitaya yüksələcək.

Son mövsümdə də Azərbaycan Premyer Liqasında 10 komanda mübarizə aparıb.