“Park Cinema”da yerli və türk filmlərinə endirim!

“Park Cinema”da yerli və türk filmlərinə endirim!

29-03-2023 16:52 / Bu xəbər 1342 dəfə oxundu

Aprelin 1-dən "Park Cinema” kinoteatrlar şəbəkəsində Azərbaycan və Türkiyə istehsalı olan filmlər xüsusi endirimli qiymətə təqdim ediləcək. Belə ki, 1 ay boyunca bəzi filmlərə biletlərin qiyməti cəmi 5 manat olacaq. 

Aksiyanın məqsədi yerli kinonun inkişafına təkan vermək və tamaşaçılara filmləri kinoteatrda izləmək vərdişini aşılamaqdır.

Aksiya çərçivəsində "Elçilik”, "Hozu Cangüdən”, "Evdə qalmış”, "Xənnas” və digər Azərbaycan filmləri nümayiş olunacaq. 

Qardaş Türkiyə istehsalı olan filmlərdən isə Mahsun Kırmızıgülün yeni "Prestij meselesi”, Şafak Sezerin "Kutsal Damcana”, məşhur dram "İncir Reçeli 2” və digər ekran əsərlərinə endirimli biletlər əldə etmək mümkün olacaq.  

Aksiya ilə bağlı ətraflı məlumat almaq üçün "parkcinema.az" saytına keçid edə bilərsiniz.

Ülviyyə