Paşinyan: "“İsgəndər” raketlərini atdıq, partlamadı"

Paşinyan:

24-02-2021 11:51 / Bu xəbər 2076 dəfə oxundu

Ermənistan Baş naziri Nikol Paşinyan "1in.am" agentliyinə geniş müsahibə verib.

Müsahibədə Paşinyanın Ermənistan Qarabağ məsləsindəki gələcək planları, üçtərəfli razılaşmanın bəndlərinin icrası, müxalifətin növbədənkənar seçki tələbləri və iqtisadi sahədə planları barədə danışıb.

Nikol Paşinyan eks-prezident Serj Sarkisyanın "İsgəndər” raketlərinin müharibənin ilk günlərində istifadə olunmaması ilə bağlı verdiyi açıqlamaya da cavab verib. 

O, Rusiyadan satın alınan "İsgəndər" raketlərinin Qarabağ döyüşlərində tətbiq olunduğunu, lakin partlamadığını deyib.

"Qoy sual versin (Serj Sarkisyan), niyə "İsgəndər” raketləri partlamadı? Yaxud niyə 10%-i partladı?".

Nikol Paşinyanın "İsgəndər” raketlərinin partlamaması barədə açıqlamasının silah istehsal edən Rusiyanın hakim dairələrinin ciddi narazılığa səbəb olacağı gözlənilir. 

Kreml həmin raketləri yalnız Ermənistana satmışdı.