Paşinyandan sərhəd açıqlaması: "Rusiyanın təkliflərini qəbul edirik"

Paşinyandan sərhəd açıqlaması:

18-11-2021 13:10 / Bu xəbər 434 dəfə oxundu

"Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin demarkasiya və delimitasiyasına hazırlıq mərhələsi üzrə Rusiya Müdafiə Nazirliyinin təklifi İrəvan üçün qəbul ediləndir”.

"Sputnik Armenia”ya xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 18-də hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, bu ilin mayından Rusiya Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiya və delimitasisiyası üzrə 3 təklif irəli sürüb: "Bunların 3-də bizim üçün qəbil ediləndir. Mənim noyabrın 17-də verdiyim bəyantdan sonra Rusiyanın Müdafiə Nazirliyi demarkasiya və delimitasiya üzrə hazırlıq mərhələsini təklif edib. Bir daha təsdiqləyirəm ki, bu təkliflər bizim üçün qəbul ediləndir”.

Nikol Paşinyan Müdafiə naziri Suren Papikyana rusiyalı həmkarı ilə bu təklifləri reallaşdırmaq üçün təfsilatları dəqiqləşdirməyi tapşırıb.