Saakaşvili hakimiyyətə qayıdır?

Saakaşvili hakimiyyətə qayıdır?

22-04-2020 16:31 / Bu xəbər 1378 dəfə oxundu

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna baş nazirin islahatlar üzrə müavini təyin edilə bilər.

Arqument.az "Ukrainskaya pravda"ya istinadən xəbər verir ki, hakim "Xalqın xidmətçisi" fraksiyasında Saakşvilinin məsələsi fəal müzakirə olunur.

Ali Radanın cümə günü keçiriləcək plenar iclasında Saakaşvilinin təyinatının nəzərdən keçirilə biləcəyi söylənilir. 

Saaşkaşvilinin namizədliyi ilə bağlı məlumatı "Xalqın xidmətçisi" fraksiyası rəhbərinin müavini Yevgeni Kravçuk da təsdiqləyib. 

Saakaşvilinin mətbuat xidməti xəbəri təsdiqləsə də, şərhlər verməkdən imtina edib.

Nizami