Saat 15:00-a qədərki seçki fəallığı: MSK ilə IDI-nin fərqli rəqəmləri - YENİLƏNİR

Saat 15:00-a qədərki seçki fəallığı: MSK ilə IDI-nin fərqli rəqəmləri - YENİLƏNİR

09-02-2020 17:10 / Bu xəbər 1139 dəfə oxundu

IDI-nin rəqəmləri ilə MSK-nın rəqəmləri kəskin fərqlənir

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) 33 seçki dairəsi üzrə apardığı müşahidələr əsasında saat 10:00-a qədər olan seçki fəallığı Mərkəzi Seçki Komissiyasının (MSK) həmin dairələr üzərində açıqladığı rəqəmlərdən kəskin fərlənir.

Belə ki, IDI-nin 33 seçki dairəsi üzrə apardığı müşahidələr əsasında saat 10:00-a olan seçici fəallığı 3.1% olduğu halda, MSK bu rəqəmin 10.1% olduğunu açıqlayıb. 

IDI-nin saat 12:00-a olan seçici fəallığı ilə bağlı açıqladığı rəqəmlərlə də MSK-nın rəqəmləri arasında bu fərq aydın görünür. 

MSK saat 12:00-a qədərki fəallığın 23.1% olduğunu açıqlasa da, İDİ bu rəqəmin 9.1% olduğunu müşahidə edib. 

IDI-nin saat 15:00-a olan seçici fəallığı ilə bağlı apardığı müşahidələr də MSK-nın açıqladığı rəqəmlərlə müqayisə olunub. Məlum olub ki, MSK saat 15:00-a qədərki seçki fəallığını 39.9% göstərsə də, bu rəqəm 14% olub.