Şəhriyar Rəhimov vəfat etdi

Şəhriyar Rəhimov vəfat etdi

25-08-2023 15:09 / Bu xəbər 5132 dəfə oxundu

Azərbaycan futboluna itki üz verib.

Fanat.az xəbər verir ki, futbolçu Şəhriyar Rəhimov dünyasını dəyişib.

Müdafiəçinin Türkiyədə vəfat etdiyi bildirilir. 

O, qardaş ölkəyə müalicəyə gedibmiş. 

Şəhriyar Rəhimov karyerasını ötən il "Səbail"də başa vurmuşdu. 

Onun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları bu qərarı verməsinə səbəb olmuşdu.

34 yaşlı futbolçu "Səbail"dən başqa, Premyer Liqada "İnter", "Karvan", AZAL, "Rəvan", "Kəpəz" və "Zirə" klublarının forma geyib. 

O, Azərbaycan millisində 9 oyun keçirib.