Şiddətli döyüşlər gedir, uğurlar var (RƏSMİ)

Şiddətli döyüşlər gedir, uğurlar var (RƏSMİ)

27-09-2020 12:41 / Bu xəbər 931 dəfə oxundu

Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparırlar.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin az öncə yaydığı rəsmi açıqlamada deyilir.

Məlumatda bildirilir ki, raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edirlər: "Bütün cəbhə boyu şiddətli döyüşlər gedir".