Təmir olunan Lənkəran qalasından xoş olmayan xəbər

Təmir olunan Lənkəran qalasından xoş olmayan xəbər

24-05-2020 02:50 / Bu xəbər 1637 dəfə oxundu

Lənkəran şəhərində yerləşən 18-ci əsrin yadigarı Dairəvi qalanın (bürc) dam örtüyü dağılıb. 

Yerli sakinlərin deməsinə görə, iki ildən çoxdur ki, qala acınacaqlı hala düşüb.Onların vurğulamasına görə, qar, yağış qalanın içinə yağır, nəticədə divarlar zədlənir.

Lənkəran şəhər sakini, tarixçi Yadıgar Sadıqlı qalanın indiki vəziyyəti haqqında bunları deyir:

"O bürclərdən yalnız ikisi günümüzə gəlib çıxıb”
 

Yadigar Sadıqlı,13 oktyabr 2019

"Qala dağılır. Amma mühafizə edən yoxdur. Uçulub dağılır, heç kim də ona fikir vermir. 18 əsrin birinci yarısından qalan bir tarixi abidədir. Lənkəran o vaxtları qala divarları ilə əhatə olunub və bir neçə bürcü olub. O bürclərdən yalnız ikisi günümüzə gəlib çıxıb.Biri, söhbət saldığımız qaladır. Digəri, 1869-cu ildən mayak kmi istifadə olunur. Dağılır...”

Qalanın indiki vəziyyəti, 2020

Stalinin də cəza çəkdiyi köhnə Lənkərən həbsxanası

Lənkəran şəhər sakini, satirik şair Tofiq Həsənli isə Dairəvi qalanın dağılması ilə bağlı narahtlığını belə ifadə edir:

"Turistlər gələndə ora aparılmalıdır”
 

Tofiq Həsənli, 2019

"Qorx ki, Dairəvi qalanı da ticarət mərkəzi etməsinlər, elə iş olarmı? Tarixi abidədir. Mövqeyim birmənalıdır. Təmir edilməlidir.Turistlər gələndə ora aparılmalıdır. Bizim tarixmizdir.”

Tarixin gözü ilə

Tarixçilərin bildirməsinə görə, Lənkəran qalasının təməli 1726-cı ildə qoyulub. Qalanın inşası 2 il davam edib. Lənkəran qalasının ərazisi 35 hektar olub. Qalanın işğalçılarla mübarizə məqsədi ilə tikildiyi bildirilir. Onun mühariblər dövrlərində dağıntıya məruz qaldığı söylənir.

Qaladan qalan bürc ( Dairəvi qala) indi yerli əhəmiyyətli tarixi abidə hesab olnur. Qalanın Çar Rusiyası dövründə həbsxana kimi də istifadə olunduğu söylənir. Bəzi tarixçilərin qeyd etməsinə görə, uzun müddət SSRİ-nin rəhbəri olmuş Stalinin də həmin həbsxanada yatıb.

Qalanın daxildən görünüşü, 2007

İcra Hakimiyyətindən öyrəndiklərimiz və...

Lənkəran Rayon İcra Hakimiyyəti-nin saytında Dairəvi qala ilə bağlı məlumata rast gəldik. Orada qeyd edilib ki,Dairəvi qala 2006-cı ildə Regionların sosial-iqtisadi inkişafı planına əsasən təmir olunub. Əsaslı təmir iki il davam edib...

Lakin bir müddət sonra,göründüyü kimi qala yararsız hala düşüb.

Məsələyə aydınlıq gətirmək üçün Lənkəran Regional Mədəniyyət və Turizm idarəsinin rəhbərliyi ilə əlaqə saxlamaq istədik. Amma cəhdlərimiz bir elə nəticə vermədi. Nə idarənin rəisi, nə də müvinlər ilə danışa bildik. Sadəcə İdarənin adının çəkilməsini istəməyən əməkdaşı bunları dedi:

"Qala haqqında yuxarı orqanlara məlumat verilib. Tarixi abidəyə baxış keşirilib. Qalanın təmiri nəzərdə tutulub. Bir Lənkəranlı kimi biz də istəyirik ki, qala təmir olunsun.”

"Abidə dövlət tərəfindən qorunur”
 

Lənkəran qalası, 22 oktyabr 2007

Darəvi qalanın girşində diqqəti çəkən lövhə vurulub. Lövhədə yazılıb: "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirlyin yerli əhəmiyyətli memarlıq abidəsi, Dairəvi qala,18-ci əsr, inventar nömrə 4810. Abidə dövlət tərəfindən qorunur”.

Azadlıq Radiosu