Tofiq Yaqubluya geyim, sovqat qadağası və telefon məhdudiyyəti...

Tofiq Yaqubluya geyim, sovqat qadağası və telefon məhdudiyyəti...

07-05-2020 21:30 / Bu xəbər 1406 dəfə oxundu

Həbsxanada Tofiq Yaqubluya görə digər məhbuslara da əngəl yaradıldığı bildirilir 

Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqubluya geyim və sovqat qadağası qoyulub.

Bu barədə Arqument.Az-a məhbusun qızı Nigar Həzi məlumat verib.

Hazırda Şüvəlan həsbxanasında saxlanılan Tofiq Yaqubluya qanunla müəyyən olnmuş telefon danışığına isə günün sonunda icazə verilir. 

"Dünən ata zəng etmişdi, soruşdum ki, niyə gec zəng etdin? Dedi ki, məni ən axırda (bütün məhbuslar danışandan sonra) telefonla danışmağa gətirirlər", - Nigar Həzi bildirib. 

Qızının sözlərinə görə, Tofiq Yaqubluya görə digər məhbuslara da problemlər yaradılır: "O da məlum oldu ki, ona görə həbsxanada digər məhbuslara da əngəllər yaradırlar". 

Bundan başqa, Tofiq Yaqubluya geyim və sovqat aparmağa da imkan yaradılmır: "Paltar problemi hələ də həll olunmamış qalır. Qeyd etdi ki, karantin qaydalarında yumşalma olduğu halda, geyim dükanlarının açılmasına baxmayaraq, həbsxanada sovqat qəbuluna qoyulan qadağanı götürmürlər". 

"Necə olur ki, həbsxananın icərisindəki mağazaya ərzaqdan tutmuş geyimə qədər gətirə bilirlər, ancaq sovqat qəbul etmirlər. Bu nə məntiqsizlikdir? Məni incitmək üçün hər cür əngəllər yaradırlar", - bunu isə Tofiq Yaqublu qızı ilə telefon danışığı zamanı deyib. 

Tofiq Yaqublu martın 22-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (xuliqanlıq) cinayət işi açılıb, Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 

ABŞ Dövlət Departamenti, Avropa Birliyinin Liberal-demokratlar fraksiyası (ALDE) və bir sıra beynəlxalq hüquq-müdafiə təşkilatları Tofiq Yaqublunun dərhal azad olunmasını tələb ediblər.