Türkiyə XİN: Azərbaycana tam dəstək verəcəyik

Türkiyə XİN: Azərbaycana tam dəstək verəcəyik

27-09-2020 12:46 / Bu xəbər 687 dəfə oxundu

"Ermənistan Silahlı Qüvvələrinin bu gün atəşkəsi pozaraq Azərbaycan Ordusuna, eləcə də Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarının bəzi kəndlərinə qarşı ağır silahlardan atəş açdığını, cəbhə xəttində atəşkəsi pozduğunu öyrəndik. Beynəlxalq hüququ açıq şəkildə pozan və mülki insan tələfatına səbəb olan erməni hücumunu qətiyyətlə pisləyirik”.

Bu açıqlamanı Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami APA-ya bildirib.

Diplomat deyib ki, bu hücumlarla Ermənistan bölgədəki sülh və sabitliyə ən böyük maneə olduğunu bir daha nümayiş etdirir: "Beynəlxalq ictimaiyyəti haqlının yanında olmağa dəvət edirik. Şəhid olan azərbaycanlı qardaşlarımıza görə Azərbaycan xalqına başsağlığı veririk, yaralılara şəfalar diləyirik”.

Azərbaycan xalqı və Azərbaycan dövləti ərazi bütövlüyünü qorumaq üçün özünümüdafiə hüququndan istifadə edəcəkdir: "Bu müddətdə Türkiyə Azərbaycana tam dəstək verəcək. Azərbaycan necə istəsə, Türkiyə o şəkildə yanında olacaq”.

Rusiya Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ ətrafında baş verən olaylarla bağlı açıqlama yayıb.

Rusiya Xarici İşlər Nazirliyi

Rusiya Xarici İşlər Nazirliyi baş verənlərdən xəbərdar olduğunu bildirib: "İtkilər haqda məlumatlar daxil olur”.

Nazirlik tərəfləri təcili olaraqatəşi dayandırmağı, situasiyanı sabitləşdirmək üçün danışıqlar masasına dəvət edib”.///Meydan.Tv