Vəkil Toplum TV-nin redaktoru ilə görüşə bilmir

Vəkil Toplum TV-nin redaktoru ilə görüşə bilmir

07-03-2024 16:18 / Bu xəbər 709 dəfə oxundu

Vəkil Nemət Kərimli Toplum TV-nin martın 6-da saxlanılan əməkdaşı, videoredaktor Müşfiq Cabbarla görüşə bilmir.

Kərimli "Turan"a deyib ki, Müşfiq Cabbarın ailəsi ilə onun müdafiəsi haqqında müqavilə bağlayıb.   

"Səhər saatlarından orderlə Bakı Şəhər Baş Polis İdarəsinə yaxınlaşsam da içəri buraxmırlar. Müşfiq Cabbarla görüşmək üçün müstəntiqin razılığı lazımdır. Mənə bildirdilər ki, müstəntiq dünən gec gedib və hazırda işdə yoxdur. Müstəntiq telefonununa da cavab vermir”, - deyə vəkil bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.