Xırdalanda partlayış: 6 nəfər xilas edilib

Xırdalanda partlayış: 6 nəfər xilas edilib

25-01-2021 23:27 / Bu xəbər 734 dəfə oxundu

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə ikimərtəbəli fərdi yaşayış evində partlayış olub.

Bu barədə Meydan TV-yə hadisə şahidləri məlumat veriblər.

Məlumata görə, partlayışdan sonra evdə yanğın başlayıb.

Hadisə yerinə xeyli sayda təcili yardım maşını və yanğınsöndürənlər cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hadisə nəticəsində xilas edilənlərin sayı 6-ya çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir.