"Yeni Avtoritarizm və Azərbaycan" internetdə - PDF

24-09-2019 12:26 / Bu xəbər 2053 dəfə oxundu

Müsavat Partiyasının Divan üzvü Elman Fəttahın "Yeni Avtoritarizm və Azərbaycan" kitabının elektron versiyasını artıq internetdən əldə etmək mümkündür. 

Qeyd edək ki, kitabda Azərbaycanın avtoritarlaşma prosesinin tarixçəsi və analizi; Qlobal avtoritar koalisiyanın mahiyyəti, avtoritar cəmiyyətlərin formalaşmasında insanların avtoritara boyun əyməyə meyilli olmasının psixoloji aspektləri, Putin avtoritarizminin yeni avtoritar dalğanın lokomotivi olması haqda məlumat-analizlər, Cənubi Qafqazın post-sovet dövrünə tranformasiyası və yeni siyasi sistemə keçiddə yaşadığı problemlərin təhlili, yeni avtoritar sistemlərin möhkəmləməsində post-sovet nomenklaturanın rolu haqda izahlar yer alıb. 

Eyni zamanda kitabda İkinci Dünya müharibəsindən sonra formalaşan beynəlxalq təhlükəsizlik sisteminin köçməsindən, soyuq müharibə sonrası vüsət alan demokratiya dalğasına qarşı qlobal avtoritar koalisiyanın əks hücumlarından bəhs edilir.