Zamin Salayev 4 il azadlıqdan məhrum edildi

Zamin Salayev 4 il azadlıqdan məhrum edildi

22-05-2023 13:40 / Bu xəbər 658 dəfə oxundu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin sədri, həbsdə aclıq etdiyi bildirilən Zamin Salayevə (ailə üzvləri, partiyadaşları onu Əlizamin adlandırır-red.) hökm oxunub. 

Xəbəri Meydan TV yayıb.
 
Bildirilir ki, fəal 4 il azadlıqdan məhrum edilib.

2023-cü ilin fevralında "Lökbatan dairəsi”ndə Natiq Süleymanov adlı şəxsi təhqir edib vurmaq, ardınca da bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Zamin Salayevin işinə Qaradağ Rayon Məhkəməsində hakim Rufan Mürsəlovun sədrliyilə baxılırdı.

Ona qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. 

Bu maddədə 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Zamin Salayev ittihamı qəbul etmir, şərləndiyini deyir.