Azərbaycanda koronavirusa yoluxmanın rayonlar üzrə statistikası açıqlandı
03-04-2020 22:07 / Bu xəbər 1707 dəfə oxundu
Azərbaycanda koronavirusa yoluxmanın rayonlar üzrə statistikası məlum olub.
"Koronainfo.az" xəbər verir ki, infeksiya daşıyıcıları ən çox Lənkəran (18 nəfər), Cəlilabad (15) və Salyandadır (12).
Bundan başqa, Qusar (9), Tovuz (5), Neftçala (4), Astara (3), Naftalan (3), Daşkəsən (3), Füzuli (3), Xaçmaz (3), Zaqatala (3), Ucar (3), Ağdam (2), Ağdaş (2), Quba (2), Masallı (1), Siyəsən (1), Xızı (1), Qəbələ (1), Tərtər (1), Qax (1), Qazax (1) və Biləsuvarda (1) koronavirusa yoluxma halı qeydə alınıb.
Eyni zamanda infeksiya daşıyıcılarının 98 (26,4%) nəfəri ölkə xaricindən gələnlərdir.
İndiyədək Azərbaycanda 443 nəfər koronavirusa yoluxub.
Onlardan 32 nəfəri sağalıb, 5 nəfəri isə dünyasını dəyişib.
Aktiv 406 koronavirus xəstəsinin müalicəsi isə davam etdirilir.