''Dağlıq Qarabağda hərbi əməliyyatlar yenidən başlaya bilər''

''Dağlıq Qarabağda hərbi əməliyyatlar yenidən başlaya bilər''

12-05-2017 13:26 / Bu xəbər 1298 dəfə oxundu

Sülhəddin Əkbər: ''Bölgədə sülhməramlı qüvvələr olmadığından atəşkəsə təminat yoxdur''

Dağlıq Qarabağ münaqişəsi bölgəsində hərbi əməliyyatlar yenidən başlaya bilər". 

ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Daniel Koutsun Senatının Kəşfiyyat Komitəsinə təqdim etdiyi hesabatda belə deyilir. 

Hesabatda qeyd olunub ki, 2016-cı ilin aprelində Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağla bağlı yenidən gərginlik yaşanıb: "Bundan başqa, tərəflərin qarşılıqlı güzəştlərdən imtina etməsi, eləcə də daxili təzyiqlər 2017-ci ildə irimiqyaslı hərbi əməliyyatların təkrarlana biləcəyini göstərir".(report.az)

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq birinci müavini Sülhəddin Əkbər Meydan TV-yə bildirib ki, Amerika kəşfiyyat orqanları mütəmadi olaraq dünyada, regionda araşdırmalar aparıb, proqnozlar verirlər: 

"Bu baxımdan Daniel Koutsun hesabatı risq dəyərləndirməsidir. Ermənistan-Azərbaycan münaqişə zonasında atəşkəs əldə olunsa da, bölgədə beynəlxalq sülhməramlı qüvvələr olmadığından atəşkəsə təminat yoxdur. Bundan əlavə, aparılan danışıqlar da nəticəsizdir və təcrübədə atəşkəsin intensiv pozulması halları var”.
Sülhəddin Əkbər
Sülhəddin Əkbər

Sülhəddin Əkbər deyir ki, xüsusən də Amerika kəşfiyyat qurumları 2016-cı ilin aprel döyüşlərini və tərəflər arasındakı ritorikanı nəzərə alanda istənilən an atəşkəsin pozulacağı nəticəsinə gəlirlər: "Eyni zamanda, xarici, regional inkişaf amilləri, Rusiyanın bölgədə aqressiv siyasət aparması diqqətə alınanda atəşkəsin heç bir halda pozulmayacağına təminat olmur”.