Ekspert: “Rəqəmlər yalan danışmır”
22-07-2019 10:38 / Bu xəbər 987 dəfə oxundu
"Azərbaycanın ÜDM-i azalıb, Ermənistanın ÜDM-i artıb”.
Bunu iqtisadçı ekspert Natiq Cəfərli Toplum.tv-yə deyib.
Ekspert Azərbaycanla Ermənistanın hazırki və 5 il öncəki ÜDM-i (Ümumi Daxili Məhsul) müqayisə edib:
"Azərbaycanın 2018-ci il üçün ÜDM-i 46 mlrd. 900 mln. dollar olub - adambaşına 4690 dollar.
İşğalçı Ermənistanın 2018-ci il üçün ÜDM-i 12 mlrd. 400 mln. dollar olub: adambaşına 4275 dollar.
5 il öncə Azərbaycanın ÜDM-i 74 mlrd. 240 mln. dollar idi: adambaşına 7500 dollara yaxın.
5 il öncə Ermənistanın ÜDM-i 11 mlrd. 610 mln. dollar idi: adambaşına 4146 dollar”.
İqtisadçı deyir ki, son 5 ildə Azərbaycanın adambaşına düşən ÜDM-i 2900 dollar azalıb, Ermənistanın adambaşına düşən ÜDM-i isə 800 dollar artıb:
"Minbir neməti olan Azərbaycanın son 5 ildə ÜDM-i 27 mlrd. 340 mln. dollara, adambaşına düşən ÜDM isə 2900 dollara yaxın azalıb.
Bizim məmləkətə düşmən kəsilən Ermənistanda isə son 5 ildə ÜDM cüzi də olsa , yəni 800 mln. dollar, adambaşına düşən ÜDM isə 130 dollar artıb.
Bu ancaq rəqəmlərdir, rəqəmlər isə yalan danışmır”.///Toplum.tv