Elçin Əlibəylinin həyat yoldaşını polisə verdiyi deyilir

Elçin Əlibəylinin həyat yoldaşını polisə verdiyi deyilir

19-11-2019 17:30 / Bu xəbər 2499 dəfə oxundu

Tanınmış aparıcı Elçin Əlibəyli həyat yoldaşı tərəfindən döyüldüyünü deyib. 

Bununla bağlı Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verib. 

E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. tərəfindən xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib. 

Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Teleaparıcının Publika.az-a danışan həyat yoldaşı Dilruba Vaqifzadə xəbərin yalan olduğunu deyib: "Yalan məlumatdır. Kampaniyadı da qurublar, təbii ki, elə bir şey yoxdur. Boş-boş xəbərlərdir. Bu xəbəri yayanları məhkəməyə verəcəm. Ciddi şəkildə təxribat gedir. Bu qədər qara piar olmaz".