FES qərar verdi - Dollar bahalaşır

FES qərar verdi - Dollar bahalaşır

15-12-2016 01:36 / Bu xəbər 1854 dəfə oxundu

Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iki gün davam edən iclası yekunlaşıb.

APA xəbər verir ki, proqnozlaşdırıldığı kimi, FES uçot dərəcəsini 0,25-0,50% artırıb.

Qeyd edək ki, sonuncu dəfə FES uçot dərəcəsini ötən il artırıb. 2015-ci ilin dekabrın 16-da tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% artırılması barədə qərar qəbul edib. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməyib.

Ümimiyyətlə, FED 2007-2008-ci ildən sonra yalnız bir dəfə uçot dərəcəsini qaldırıb.

Uçot dərəcəsinin artırılması dolların möhkəmlənməsinə səbəb olacaq. Heç şübhəsiz, dolların möhkəmlənməsi manata təzyiqi artıracaq.