Hillari Klinton kitab yazdı: "Seçkidə necə məğlub oldum?"

Hillari Klinton kitab yazdı:

28-07-2017 16:13 / Bu xəbər 278 dəfə oxundu

2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində Demokratlar Partiyasının namizədi olan Hillari Klinton məğlubiyyəti ilə bağlı kitab yazıb. 

Toplum.Tv xarici KİV-ə istinadən xəbər verir ki, Klinton "Nə oldu?" adlı kitabında seçki zamanı yaşadığı problemləri qələmə alıb. 

Kitabda Federal Tədqiqatlar Bürosunun (FBİ) Klinton barəsində açdığı araşdırmanın seçkilərə təsiri, həmçinin Rusyanın Donald Trampı dəstəkləyib-dəstəkləmədiyi və Demokratların seçkidə necə məğlub olması əksini tapıb. 

Bundan başqa, kitabda Klintonun 2016-ci il seçkiləri dövründə özü üçün yazdığı qeydlər də yer alıb. 

Klinton kitabını hadisələrə tam obyektiv yanaşaraq yazdığını deyib. 

Sentyabrın 12-də satışa çıxacaq kitabın bütün gəliri siyasətlə məşğul olmaq istəyən gənc qızların təhsili üçün sərf ediləcək.