İsa Qəmbər Türkiyəyə gedəcək

İsa Qəmbər Türkiyəyə gedəcək

27-02-2018 17:09 / Bu xəbər 2519 dəfə oxundu

MSDM-in sədri İsa Qəmbər tibbi müayinə üçün Türkiyəyə gedəcək. 

Bu haqda "Basta”ya Müsavat başqanı Arif Hacılı məlumat verib.

"İsa bəy özünü yaxşı hiss edir və yəqin ki, bu gün Mərkəzi Klinik Xəstəxanadan çıxacaq. Dostlarımız təklif edib ki, daha keyfiyyətli tibbi müayinədən keçməsi üçün İsa bəyin Türkiyəyə getməsi yaxşı olar. Bu təklifləri nəzərə alaraq İsa bəylə Türkiyəyə gedəcəyik. Orada həm dostlarımız və müttəfiqimizlə görüşlərimiz olacaq, həm də İsa bəy daha keyfiyyətli tibbi müayinədən keçəcək”, - Arif Hacılı bildirib.