Rusiya Suriyada daimi bazalar yaradır

Rusiya Suriyada daimi bazalar yaradır

26-12-2017 18:15 / Bu xəbər 2267 dəfə oxundu

Rusiya Suriyada iki hərbi bazada daimi qalmaqdan ötrü işə başlayıb. 

Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sözlərinə görə, bunlar Rusiyanın Tartusdakı donanma obyekti və Latakya şəhəri yaxınlığında Rusiyanın idarə etdiyi Khmeimim hava bazasıdır.

Şoyqu dekabrın 26-da deyib ki, Rusiya prezidenti Vladimir Putin ötən həftə "əsas bazaların strukturu və heyətini təsdiqləyib” və Rusiya həmin bazalarda daimi qrup formalaşdırmağa başlayıb.

Rusiya Federasiya Şurası isə dekabrın 26-da Tartusdakı donanma bazasındakı Rusiya qüvvələri barədə Moskvayla Suriya hökuməti arasındakı razılaşmanı ratifikasiya edib. Bu sənəd Dəməşqdə yanvarın 18-də imzalanıb.

Sənəd Rusiya donanmasının burada texniki təchizat və logistika bazasını genişləndirməsini nəzərdə tutur.

49 illiyə nəzərdə tutulmuş sənəd 25 illik müddətə uzadıla bilər.///azadliq.org