"Saakaşvilinin vaxtı keçib" - Salome Zurabişvili

23-05-2019 20:00 / Bu xəbər 164 dəfə oxundu

"Mixail Saakaşvilinin Gürcüstana qaytarılması məsələsi artıq gündəlikdə deyil”.

Bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Estoniyanın İctimai televiziyasına müsahibəsində bildirib.

O deyib ki, M.Saakaşvilinin vaxtı keçib və o, özünü reabilitasiya edə bilmədi.

S.Zurabişvili sabiq prezidentin Gürcüstan üçün problem olmadığını vurğulayıb.

Dövlət başçısı müsahibədə Gürcüstan-Rusiya münaqişəsinə də toxunub: "Bizim dondurulmuş münaqişələrimiz yoxdur, bizim işğal altında olan torpaqlarımız var. Dondurulmuş münaqişələr əvvəllər olub. İşğal olunmuş torpaqlar Gürcüstanın əsas problemidir”.
 
Report.az