Serj Sarkisyan həbs ediləcək, kürəkəni bundan əmindir

Serj Sarkisyan həbs ediləcək, kürəkəni bundan əmindir

17-08-2019 18:58 / Bu xəbər 1309 dəfə oxundu

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan tezliklə həbs edilə bilər: hazırki hakimiyyətin addımlarının məntiqi belədir, bu barədə onun kürəkəni, Ermənistanın Vatikanda keçmiş səfiri Mikael Minasyan bildirib.

"Sputnik Armenia"nın məlumatına görə, dünən Minasyan öz Facebook səhifəsində yazıb ki, 2018-ci ilin aprel-may aylarında Ermənistanda obyektiv olaraq yetişən inqilab deyil, hakimiyyət dəyişikliyi baş verib. Onun sözlərinə görə, "indi ən təhlükəlisi başlaya bilər - acınacaqlı nəticələri olacaq dərin ictimai məyusluq formalaşa bilər".

Peşəkar kadrlar defisiti fonunda Nikol Paşinyan başda olmaqla mövcud hökumətin "hakimiyyəti əlində saxlamaq üçün yeni repressiyalara əl atmaqdan başqa çıxış yolu" qalmır.

"Bu hakimiyyətin bütün fəaliyyət məntiqi və dövlət resurslarının böyük hissəsi ittihamlara və həbslərə xərclənir. Hakimiyyətin çoxdan uydurulmuş, planlaşdırılmış "qızıl meqahəbs ehtiyatı" var: bu, Serj Sarkisyanın həbsidir... Sadə hesablama yaxın gələcəkdə ictimaiyyəti real problemlərdən yayındırmaq üçün Serj Sarkisyanı yenə müəyyən müddətlik həbs edəcəklərindən xəbər verir", Minasyan belə hesab edir.

Bu, cəmiyyəti ayıldacaq, hakimiyyət isə repressiyalar alətindən son istifadə imkanlarını sərf edir.

Bundan başqa, Minasyanın sözlərinə görə, hakimiyyət təkcə sabiq prezidenti saxlamaqla kifayətlənməyəcək, "bir və yaiki generalın, xüsusən Samvel Karapetyanın həbsi üçün də nə isə düşünəcək", Qərb KİV-lərindəki sızıntı buna dəlalət edir (BBC-nin Rusiya Xidmətinin "1 mart işi" üzrə məqaləsi nəzərdə tutulur - red.).

Minasyan özünün də həbs ediləcəyini istisna etməyib. Onun sözlərinə görə, yeni hakimiyyət formalaşdığı andan etibarən onunla və yaxınları ilə bağlı olan bütün şirkətlərdə yoxlamalar başlayıb.