Sumqayıtda həkimlər maaş artımlarını ala bilmirlər

Sumqayıtda həkimlər maaş artımlarını ala bilmirlər

02-04-2020 21:36 / Bu xəbər 445 dəfə oxundu

Sumqayıt Şəhər Təcili Tibbi yardım xəstəxanasının əməkdaşları maaşlarını ala bilmirlər.

Bu barədə yazıçı Zümrüd Yağmur məlumat yayıb.

O bildrib ki, Prezidentin sərancamı ilə Təcili Tibbi Yardımda işləyənlərin maaşı əməkhaqqının 4 misli artırılsa da, Sumqayıt Təcili Tibbi yardım xəstəxanasında çalışan həkimlər bu artımı ala bilmirlər. 

"Bunu mənə yazan şəxs bildirdi ki, Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri Səkinə Sadiqova və şöbənin bas muhasibi Gülnarə Bayramovaya müraciət ediblər. Onlar da bildirib ki, artım ancaq bir necə həkimə şamil olunacaq. İşçilər bunun səbəbini soruşduqda da deyiblər ki, TƏBİB sığorta şirkəti sərəncama uyğun ayrılmış pulları vermir. "İslahat” nəticə verməyib. Yenə təyin olunanlar da Prezidentin sərəncamını saymır", - Zümrüd Yağmur bildirib.

TƏBİB sığorta şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.