Türkiyə feysbuku cərimələyib

Türkiyə feysbuku cərimələyib

03-10-2019 15:45 / Bu xəbər 1011 dəfə oxundu

Türkiyənin Şəxsi məlumatların müdafiəsi İdarəsi feysbuk sosial şəbəkəsini istifadəçilər haqqında məxfiliyi pozduğuna görə 1,6 milyon lirə (təxminən, 282 min dollar) məbləğində cərimələyib.

Məlumatı TRT Haber yayıb.

Bildirilib ki, feysbuk sosial şəbəkəsi 2018-ci ildə 280 mindən çox istifadəçi barədə məlumatı açıqlamaqla məxfiliyi pozub. Bura həmin istifadəçilərin adı, soyadı, doğum tarixi, yaşadıqları yer aiddir. Sosial şəbəkə üçüncü şəxsə bu məlumatları sızdırıb.

Cari ilin mayında idarə feysbuku istifadəçinin fotosu ilə bağlı məxfiliyi pozduğu üçün 1,65 milyon lirə (təxminən, 270 min dollar) məbləğində cərimələmişdi.