ABŞ Azərbaycana humanitar yardım ayırıb

ABŞ Azərbaycana humanitar yardım ayırıb

22-11-2021 17:32 / Bu xəbər 1088 dəfə oxundu

"Pandemiya diplomatiyaya da təsir edib. İki ölkə arasında görüşlər, müzakirələr virtual formatda keçirilir”.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer bildirib.

Onun sözlərinə görə, vaksinasiya pandemiyadan qurtulmaq üçün yeganə yoldur.

"Pandemiya ilə mübarizə üçün Azərbaycana 6 milyon dollarlıq humanitar yardım ayırımışıq”, - deyə səfir vurğulayıb.

ABŞ şirkətləri azad edilmiş ərazilərə sərmayə də yatıra bilər. 

"Biz on illiklər ərzində məcburi köçkünlərə dəstək vermişik", - Li Litzenberqer bildirib.

Amerikalı diplomatın sözlərinə görə, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtması üçün qaytarılan ərazilər minalardan təmizlənməlidir.

O qeyd edib ki, ABŞ-ın qeyri-hökumət təşkilatı Marşal Fondu bu istiqamətdə hökumətlə və ANAMA ilə çalışır.

Səfir diqqətə çatdırıb ki, ABŞ şirkətləri Azərbaycana, xüsusən də azad edilmiş ərazilərə investisiya qoya bilər, bunun üçün isə onların tenderlərdə iştirakı lazımdır.