Rok musiqiçisi Murat Gögebakan “CinemaPlus” ekranlarında!

Rok musiqiçisi Murat Gögebakan “CinemaPlus” ekranlarında!

08-12-2023 01:11 / Bu xəbər 1113 dəfə oxundu

"CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 7-dən eksklüziv olaraq Türkiyənin məşhur rok musiqiçisi Murat Göğebakandan bəhs edən "Murat Göğebakan: Kalbim yaralı” bioqrafik dramının nümayişi başlayır.

Filmin rejissoru Ali Akyıldızdır.

Baş rolu həm də vokal qabiliyyəti olan aktyor Burak Sevinç ifa edir.

Murat Göğebakan 1968-ci ildə Adanada doğulub. 

O, anadangəlmə sağ ayağından fiziki qüsurlu olub. 

Bu fiziki çətinlik onu musiqiyə olan sevgisindən uzaqlaşdırsa da, yaxın qohumu Senem ona dəstək olub. 

Onların dostluğu sonradan sevgiyə çevrilib və evliliklə bitib.

Filmdə Muratın musiqi təhsilindən, barlarda mahnı oxumasından, müəllimlik fəaliyyətindən, aldığı mükafatlardan, verdiyi konsertlərdən, çıxardığı albomlardan söhbət açılır. 

40 yaşında musiqiçiyə leykoz diaqnozu qoyulsa da, o, müalicə olunur və xərçəngə qalib gəlir. 

Lakin ikinci həyat yoldaşı Səlmanın xəyanətini öyrənən Murat çox əzab çəkir və yenidən xərçəng xəstəliyinə tutulur. 

45 yaşında dünyasını dəyişən Gögebakanın pərəstişkarları ona "Sevgi Adamı” ləqəbi verib.

Ülviyyə