“Xəyanətə yox” milli filmi ekranlara çıxır!

“Xəyanətə yox” milli filmi ekranlara çıxır!

19-12-2023 16:06 / Bu xəbər 2049 dəfə oxundu

Romantik komediya janrında çəkilən "Xəyanətə yox” milli filminin yayım tarixi bəlli olub. 

Ekran işi dekabrın 21-dən etibarən ölkənin bütün kinoteatrlarında nümayiş olunacaq. 

Filmin süjetinə gəlincə, hadisələr toy məclisində cərəyan edir.

Toy günündə hamı restoranın ekranlarında bəylə gəlinin "Love story”sini gözlədiyi vaxt, bəyin xəyanət videosu göstərilir. 

Bu zaman aləm bir-birinə qarışır və məclis dağılır. 

Təbii ki, bu xəyanət bağışlanmır. 

Xəyanət olunan baş qəhrəmanlar bir araya gəlib "Bizə xox gəlməyin! Xəyanət görmüsünüzsə, XOX-a gəlin!” sloqanı ilə intiqam almağa başlayırlar… 

Filmin quruluşcu rejissoru Valeh Əhmədovdur.

Rolları xalq artistləri Sabir Məmmədov, Həmidə Ömərova, Şamil Süleymanlı, əməkdar artistlər Vaqif Kərimov, Rövşən Kərimduxt, aktyorlar Mətanət Əliverdiyeva, Nicat Rəhimov, Aysel Səlimli Danilova, Rəsul Abbasov, Aydan Ağayeva, Şəms Allahverdiyeva, Tərlan Nur Yaşar, Aqil M.Quliyev və başqaları ifa edir.

Ülviyyə