Çoxdan gözlənilən Amerika super qəhrəman filmi “CinemaPlus”da!

Çoxdan gözlənilən Amerika super qəhrəman filmi “CinemaPlus”da!

21-12-2023 02:12 / Bu xəbər 1039 dəfə oxundu

"CinemaPlus” kinoteatrlar şəbəkəsində dekabrın 21-dən etibarən "Warner Bros.” studiyasının istehsal etdiyi "Akvamen və itmiş krallıq” Amerika super qəhrəman filminin nümayişi başlayır. 

Bu, "DC genişləndirilmiş kainatı”nın sayca 15-ci (sonuncu filmi) və 2018-ci ildə çəkilmiş "Akvamen” filminin davamıdır.

Ekran əsərinin rejissoru Ceyms Vandır.

Baş rolda Ceyson Momoa çəkilib. 

Həmçinin filmdə Ben Afflek, Ember Herd, Patrik Vilson, Temuera Morrison, Yahya Abdul-Matin II və başqaları rol alıb.

Filmin süjetinə gəlincə, Atlantidanın üzərində geri dönüşü olmayan fəlakətlə nəticələnə biləcək yeni bir təhlükə yaranır. 

Hətta Akvamen də bu təhlükənin öhdəsindən təkbaşına gələ bilməz. 

O, səltənətini xilas etmək üçün bu dəfə gözlənilməz ittifaq yaratmalı olur.

Film 3 dildə: rus, ingilis və türkcə nümayiş olunacaq. 

Filmi Azərbaycanda ən son 4DX texnologiyası ilə "Dəniz Mall"da yerləşən "CinemaPlus"da da izləmək mümkündür.

Ülviyyə