ATİŞ-in İdarə Heyyəti seçilib

ATİŞ-in İdarə Heyyəti seçilib

30-01-2020 18:37 / Bu xəbər 2129 dəfə oxundu

Azərbaycan Talışların İctimai Şurasının toplantısı keçirilib.

Bu barədə şuranın idarə heyətinin üzvü Hilal Məmmədov məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) təşkilati məsələlərə baxıb: "Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) həmsədrlərini, İdarə Heyətini və Nəzarət Təftiş Komissiyasını (NTK) seçilib. 

29 yanvar 2020-ci il tarixdə Bakı şəhərində keçirilən növbəti  iclasında  (sədr:  Hüseynağa Heydərov;  katib:  Könül Rəsulova) təşkilati məsələyə baxılmış və bu yöndə üç əsas məsələ müzakirə edilib: 
1) Azərbaycan Talışların İctimai Şurasının həmsədrlərin seçilməsi; 
2) Azərbaycan Talışların İctimai Şurasının İdarə Heyətinin seçilməsi; 
3) Azərbaycan Talışların İctimai Şurasının Nəzarət Təftiş Komissiyasının seçilməsi".

"Birinci məsələ ilə bağlı ATİŞ üzvləri Mehdi Baxşıyev və Hüseynağa Heydərov çıxış edərək, ATİŞ-in 5 üzvünün -  Hilal Məmmədov, Ataxan Əbilov, Oqtay Əsgərov, Mehdibəy Səfərov və Könül Rəsulovanın həmsədrliyə namizədliyi irəli sürmüşlər. Oqtay Əsgərov və Könül Rəsulova öz namizədlilkərini geri götürmüş, ümumi rəylə aşağıdakı qərar qəbul olunub", - məlumatda vurğulanır.

Həmçinin məlumatda bildirilir ki, Azərbaycan Talışların ictimai Şurasının 3 üzvü (həm də həmtəsisçiləri) - Hilal Məmmədov, Ataxan Əbilov, Mehdibəy Səfərov 2 il müddətinə həmsədrlər seçilib. Daha sonra Azərbaycan Talışların İctimai Şurasının İdarə Heyətinin seçilməsi  ilə bağlı (məruzəçilər: Əlimardan Şükürov, Ataxan Əbilov, Mehdibəy Səfərov) məsələ müzakirə edilib. 

Məruzəçilər tərəfindən ATİŞ İH-nə üzvlüyə (həmsədrlərlə birgə) aşağıdakı şəxslər təqdim olunub və yekdil rəylə onlar (əlifba sırasıla) İH-nə seçiliblər: 

1. Ataxan Əbilov 
2. Cabbar Əliyev
3. Əli Ağayev 
4. Əlimərdan Şükürov 
5. Hilal Məmmədov
6. Hüseynağa Heydərov 
7. Könül Rəsulova 
8. Mehdi Baxşıyev 
9. Mehdibəy Səfərov
10. Mikayıl Hacıyev 
11. Mirfəyaz Vahabov 
12. Oqtay Əsgərov
13. Tahir Hüseynov 

İclasda həmçinin ATİŞ-in 3 nəfərdən ibarət Nəzarət Təftiş Komissiyası (NTK) seçilmişdir. Leyla Böncü Nəzarət Təftiş Komissiyasının sədri seçilib.