Avropa Liqası: 1/8 finalçılar müəyyənləşir

Avropa Liqası: 1/8 finalçılar müəyyənləşir

26-02-2021 00:02 / Bu xəbər 2398 dəfə oxundu

Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulacaq.

Fanat.Az xəbər verir ki, bununla da 1/8 finala son 15 vəsiqənin sahibi müəyyənləşəcək.

Oyunlardan yeddisi Bakı vaxtı ilə saat 21:55-də, səkkizi isə saat 24:00-da start götürəcək.

Avropa Liqası

1/16 final mərhələsi, cavab oyunları

21:55. "Ayaks” (Niderland) - "Lill” (Fransa)
İlk oyun - 2:1

21:55. "Şaxtyor (Donetsk, Ukrayna) - "Makkabi” (Təl-Əviv, İsrail)
İlk oyun - 2:0

21:55. "Napoli” (İtaliya) - "Qranada” (İspaniya)
İlk oyun - 0:2

21:55. "Hoffenhaym" (Almaniya) - "Molde” (Norveç)
İlk oyun - 3:3

21:55. "Vilyarreal” (İspaniya) - "Zaltsburq” (Avstriya)
İlk oyun - 2:0

21:55. "Reyncers” (Şotlandiya) - "Antverpen” (Beçlika)
İlk oyun - 4:3

21:55. "Arsenal” (İngiltərə) - "Benfika” (Portuqaliya)
İlk oyun - 1:1

24:00. "Brügge” (Belçika) - "Dinamo” (Kiyev, Ukrayna)
İlk oyun - 1:1

24:00. PSV (Niderland) - "Olimpiakos (Yunanıstan)
İlk oyun - 2:4

24:00. "Bayer” (Almaniya) - "Yanq Boyz” (İsveçrə)
İlk oyun - 3:4

24:00. "Dinamo” (Zaqreb, Xorvatiya) - "Krasnodar” (Rusiya)
İlk oyun - 3:2

24:00. "Roma” (İtaliya) - "Braqa” (Portuqaliya)
İlk oyun - 2:0

24:00. "Lester” (İngiltərə) - "Slaviya” (Çexiya)
İlk oyun - 0:0

24:00. "Milan” (İtaliya) - "Srvena Zvezda” (Serbiya)
İlk oyun - 2:2

24:00. "Mançester Yunayted” (İngiltərə) - "Real Sosyedad” (İspaniya)
İlk oyun - 4:0

1/8 finalın ilk iştirakçısı artıq bəllidir. Ötən gün İngiltərədə Avstriyanın "Volfsberq" komandasını 4:0 hesabı ilə məğlub edən "Tottenhem" iki görüşün nəticəsinə (8:1) əsasən, adını növbəti raunda yazdırıb.