Avropa Məhkəməsində 76,7 min şikayət yatır

Avropa Məhkəməsində 76,7 min şikayət yatır

24-05-2023 13:46 / Bu xəbər 534 dəfə oxundu

2023-cü il mayın 1-nə Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycandan 2100 şikayət baxılmasını gözləyib.

Bu barədə hüquqşünas Xalid Ağalıyev məlumat yayıb. 

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarətə məsuldur. 

Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.

Mayın 1-nə Avropa Məhkəməsində qərar verilməsini gözləyən şikayətlərin sayı 76700 göstərilib. Onların 23250-si Türkiyədən, 15700-ü Rusiyadan (2022-ci ildə Avropa Şurasından ayrılıb), 9950-si Ukraynadan göndərilib.

Rumıniyadan 4650, İtaliyadan 3750, Polşadan 2500, Yunanıstandan 2400 şikayət qərar verilməsini gözləyib.

Belçikadan 2000, Serbiyadan 1900 şikayət qərar ərəfəsində olub.

Avropa Şurasına daxil olan qalan ölkələrin payı 8500-dür.