AXCP üzvləri “Feysbuk"da yazdıqlarına görə prokurorluqda dindirilib

AXCP üzvləri “Feysbuk

05-02-2022 21:15 / Bu xəbər 767 dəfə oxundu

Müxalifətçilər status və şərhlərdə yazdıqlarına görə hədələndiklərini deyirlər

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Gülnarə Rəhimova və Mətanət Mahmarzayeva (Turan) fevralın 5-də təxminən 4 saat Baş Prokurorluqda dindirilib. 

Sərbəst buraxılandan sonra jurnalistlərə açıqlama verən AXCP üzvləri bildirib ki, onların prokurorluğa çağırılması "Facebook” sosial şəbəkəsindəki paylaşımları və yazdıqları şərhlərlə bağlı olub.

Gülnarə Rəhimovanın sözlərinə görə, prokurorluqda onlara Prezident İlham Əliyevin Qarabağla bağlı uğurlu siyasət yürütməsi, ölkədə əmin-amanlıq olması və və bənzər mövzularda da danışıblar. Eyni zamanda, AXCP üzvləri Facebook-da yazdıqlarına görə prokurorluqda dindirilib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Gülnarə Rəhimova və Mətanət Mahmarzayeva (Turan) fevralın 5-də təxminən 4 saat Baş Prokurorluqda dindirilib. Sərbəst buraxılandan sonra jurnalistlərə açıqlama verən AXCP üzvləri bildirib ki, onların prokurorluğa çağırılması Facebook sosial şəbəkəsindəki paylaşımları və yazdıqları şərhlərlə bağlı olub.

Gülnarə Rəhimovanın sözlərinə görə, prokurorluqda onlara Prezident İlham Əliyevin Qarabağla bağlı uğurlu siyasət yürütməsi, ölkədə əmin-amanlıq olması və və bənzər mövzularda da danışıblar. Eyni zamanda, status və şərhlərdə yazdıqlarına görə onları hədələyiblər: "Mənə dedilər ki, şəhid ailələrini təhqir eləmisən. Soruşdum ki, harada? Məlum oldu ki, Mətanət Turanın statusuna yazdığım şərhi nəzərdə tuturlar. Orada yazmışam ki, "sakit dur, qoy yatsın, qorxaqlar, qullar”. Deyirəm, harada şəhid ailələrinə təhqir var? Cavab verir ki, xalqı təhqir edirsən, xalq da şəhid ailələridir”.

Gülnarə Rəhimova əlavə edib ki, ondan xəbərdarlığa imza atmasını tələb ediblər. Lakin o, imtina edib: "Nə qədər eləsələr də, xəbərdarlığa imza atmadım”.

Mətanət Turan isə prezidentlə bağlı yazdığı fikirlərə görə prokurorluqda dindirildiyini deyir. Onun sözlərinə görə, prokurorluqda ona bir müddət öncə paylaşdığı bu statusunu göstəriblər: "İlham Əliyev, millətə yaşatdıqlarını yaşamadan Allah səni öldürməsin”.

"Mən də dedim ki, burada təhqir yoxdur. Millətə xoş gün yaşadıbsa, onun özünə də eyni şeyi arzulayıram. Deməli, siz də hesab edirsiniz ki, İlham Əliyev millətə ancaq pis günlər yaşadıb, ona görə düşünürsünüz ki, buna uyğun olaraq, ona pis günlər arzulayıram”, – Mətanət Turan bildirib.

AXCP üzvləri sosial şəbəkələrdəki fikirlərinə görə prokurorluğa çağırılmalarını siyasi təqib və təzyiq hesab edir.

"Mənə dedilər ki, şəhid ailələrini təhqir eləmisən. Soruşdum ki, harada? Məlum oldu ki, Mətanət Turanın statusuna yazdığım şərhi nəzərdə tuturlar. Orada yazmışam ki, "sakit dur, qoy yatsın, qorxaqlar, qullar”. Deyirəm, harada şəhid ailələrinə təhqir var? Cavab verir ki, xalqı təhqir edirsən, xalq da şəhid ailələridir”.