Aygün Kazımovanın mahnısı Qorqudun ifasında təqdim olunub

Aygün Kazımovanın mahnısı Qorqudun ifasında təqdim olunub

16-06-2023 16:01 / Bu xəbər 987 dəfə oxundu

Müğənnilər Qorqud və Nərmin Kərimbəyovanın ifasında Aygün Kazımovanın məşhur "Qoy işığı söndürüm” mahnısı yeni versiyada təqdim olunub.

Bu gündən etibarən mahnı bütün musiqi platformalarında və "Youtube” kanalında yayımlanıb.

Qorqudun sözlərinə görə, Aygün Kazımovanın yaradıcılığını çox sevdiyi üçün həmişə bu mahnını remeyk etmək arzusunda olub. 

Mahnının 2000-ci ildə çıxmasına baxmayaraq, bu gün də sevilib, dinlənilir.

Nərmin Kərimbəyova da layihədə Qorquda dəstək olub.

Qorqud musiqi yaradıcılığına 2015-ci ildə "The Voice of Azerbaijan” layihəsi ilə başlayıb. O, layihənin yarımfinalçısı olub.

Qarşısına çıxan bütün çətinliklərə baxmayaraq, o, uzun fasilədən sonra Qorqud təxəllüsünü götürüb və "Bağışla” mahnısı ilə solo-karyerasına yenidən start verib.

Qorqud bu ilin iyul ayında Belarusda keçiriləcək "Slavyanskiy Bazar” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək.

Ülviyyə