Azərbaycan əsgərinin özünü güllələyərək öldürdüyü bildirilir

Azərbaycan əsgərinin özünü güllələyərək öldürdüyü bildirilir

09-01-2023 23:42 / Bu xəbər 589 dəfə oxundu

Vüsal Məmmədovun hansı səbəbdən intihar etdiyi açıqlanmayıb

Yanvarın 9-da Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Vüsal Məmmədovun özünü güllələdiyi barədə Gəncə Hərbi Prokurorluğuna məlumat daxil olub.

Məlumatı Hərbi Prokurorluğun Mətbuat Xidməti yayıb.

Bildirilir ki, əsgər odlu silahdan atəş açaraq özünü öldürüb.

Hərbi Prokurorluq. 
Mənbə: "Azərtac”

Məlumatda qeyd olunur ki, Gəncə Hərbi Prokurorluğunun əməkdaşları Vüsal Məmmədovun intihar etdiyi əraziyə gedərək zəruri hərəkətlər icra ediblər.

"Fakt üzrə Gəncə Hərbi Prokurorluğunda araşdırma aparılır və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək”, – deyə prokurorluq əlavə edib.

Ancaq məlumatda Vüsal Məmmədovun hansı səbəbdən intihar etdiyi açıqlanmır.

Əsgərin hansı rayondan olduğu barədə də heç bir məlumat verilməyib.